haberL haberR

FİFA əməliyyatında ikinci dalğa: 12 nəfər nəzarət altına alındı

Kateqoriya: İdman Yayımlama tarixi: 03.12.2015 16:35:17

Əməliyyat İsveçrənin Zürix əhərində həyata keçirilib

İslamazeri.az-ın “Euronews”-a istinadən verdiyi xəbərə görə, İsveçrənin Zürix şəhərində FİFA rəsmilərinə qarşı keçirilən ikinci dalğa əməliyyatda 12 nəfər nəzarət altına alınıb.

Əməliyyatın FİFA-nın Amerika üzrə nümayəndələrinə qarşı keçirildiyi açıqlanıb. Nəzarət altına alınanların kimliyi açıqlanmasa da FİFA prezidenti Jozef Blatterin saxlanılanlar arasında olmadığı bildirilib.

Əməliyyatla bağlı yazılı açıqlama verən FİFA hadisələrin inkişafından xəbərdar olduqlarını, İsveçrə qanunları çərçivəsində Amerika məhkəməsi iddialarının aydınlaşdırılması üçün əməkdaşlıq etməyə davam edəcəklərinə diqqət çəkib.

FİFA prezidenti Blatter korrupsiya istintaqından sonra iyun ayında istefa verib.

Blatterin xələfi 26 fevralda keçilirəcək seçkilərdə bəlli olacaq.

FİFA-ya qarşı may ayında keçirilən əməliyyatda qurumun yüksək vəzifəli rəsmiləri nəzarət altına alınmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.