haberL haberR

Fikrət Fərəməzoğlu 3 aylıq həbs edildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 04.07.2016 13:51:09

Baş redaktor hədə-qorxu gəlməkdə günahlandırılır

İyulun 4-də Nərimanov rayon Məhkəməsi jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu haqqından 3 ay həbs-qətimkan tədbiri seçib. Bu barədə Meydan TV-yə vəkil Nemət Kərimli məlumat verib. Vəkil deyib ki, Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu yolu ilə pul tələbetmə) ilə saxlanılıb: "Hələ qərarı mənə verməyiblər. Müstəntiqlə görüşə bilməmişəm. Bu maddənin niyə verildiyi haqda məlumatsızam".

3 gündən artıqdır ki, Fikrət Fərəməzoğlu haqqında məlumay yox idi. Həyat yoldaşının mətbuata verdiyi açıqlamaya görə, iki mülki şəxs heç bir məhkəmə qərarı göstərmədən evində axtarış aparıb və Fikrət Fərəməzoğluya məxsus noutbuku götürüblər. Jurnalistin haradan və necə aparıldığı barədə ailəsi məlumatsızdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.