haberL haberR
Fitr bayramı münasibəti ilə bütün müsəlmanları, xüsusəndə izləyicilərimizi təbrik edirik

Fitr bayramı ərəb dilində "Eydul Fitr" kimi tərcümə olunur. Fitr fitrət sözündən, eyd sözü isə qayıdış sözündən götürülüb. Bu bayramın adı fitrətə qayıdış mənasını verir. Müsəlmanlar bir ay oruc tutmaqla, nəfsi istəklərdən çəkinməklə, Qədr gecələrini həqiqətən dərk edərək, əhya saxlayamaqla ayı tamamlayır və Allah oruc tutan şəxsləri fitrətlərinə qayıtmaqla mükafatlandırır. Bu qayıdış insanın bağışlanması, cəhənnəm odundan uzaqlaşması üçün bir vasitədir. Müqəddəs ay və müqəddəs gün xatirinə Allahdan diləyirik ki, fitrətinə qayıdanlardan etsin bizi. Allah bu aydan bizi bağışlanmış şəkildə çıxarsın. Gələn bayramları zindanda olan mömin məhbuslarla, səngərdə olan əsgərlərlə, qəriblikdə olan əzizlərimizlə, ən əsası da dövrün imamı Həzrəti Qaimlə birlikdə keçirməyi Allah bizə nəsib etsin. Bir daha bayramınız mübarək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.