haberL haberR

Fiziki məhdudiyyətli gənc: “Təhsil almağı qarşıma məqsəd qoymuşdum” (Foto-Video)

Kateqoriya: Reportaj Yayımlama tarixi: 07.10.2015 11:22:00

Fiziki məhdudiyyətli gəncin ibrətli hekayəsi

Təhsil, gənclər, elmə maraq, müasir dünyanın tələbləri... Azərbaycanın uğurlu gələcəyi bu amillərin inkişafından asılıdır. Təbii ki, hər şeyin özəyi təhsildir. Bu dəfə ölkədə təhsilin hansı səviyyədə olmasından deyil, bir fiziki qüsurlu gəncin təhsilə, elmə olan marağından söz açacağıq.

İslamazeri.az saytının bu dəfəki Qəhrəmanı Sumqayıt Dövlət Texniki Kollecinin 1-ci kurs tələbəsi Əlili Yusifdir. Təhsil almağa səndə necə maraq yarandı sualına "Mən təhsil almağı qarşıma məqsəd qoymuşdum", -deyə cavab verən Yusif gələcəkdə təhsilini davam etdirib mütəxəssis olmaq niyyətindədir. Həmçinin fiziki qüsurlu olmasının onun təhsil almasına heç bir problem törətmədiyini bildirən Yusif sosial şəbəkələrdə də aktiv olduğunu və boş vaxtlarını səmərəli keçirməyə çalışdığını bildirib.

Öz mehriban, səmimi davranışıyla ətrafdakıların rəğbətini qazanan Yusifin çoxlu dostları var. Ən yaxın dostıları isə Mahmudlu Babək, İsmayıllı İsadır. Dostlar hər gün Yusifin kollecə gəlib-getməsinə köməklik göstərirlər. Kollec rəhbərliyi Yusifin təhsilinə verdikləri dəstəyi qiymətləndirərək onları ödəniş etməkdən azad edib.

Fiziki qüsurlu gənc: “Təhsil almağı qarşıma məqsəd qoymuşdum”

/haberimaj/habergaleri/8A5M7V8Y7J4M7O4D3G4N9R7Y.JPG
  1. Fiziki qüsurlu gənc: “Təhsil almağı qarşıma məqsəd qoymuşdum”

  2. Fiziki qüsurlu gənc: “Təhsil almağı qarşıma məqsəd qoymuşdum”

  3. Fiziki qüsurlu gənc: “Təhsil almağı qarşıma məqsəd qoymuşdum”

  4. Fiziki qüsurlu gənc: “Təhsil almağı qarşıma məqsəd qoymuşdum”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.