Forbes jurnalı dünyanın ən zəngin adamlarını açıqladı: Siyahıdakı azərbaycanlılar - Foto

İslamazeri.az-ın "amerikanınsəsi"nə istinadən verdiyi xəbərə görə, Forbes jurnalı 2016-cı ildə dünyanın ən zəngin adamlarının illik siyahısını açıqlayıb.
Microsoft şirkətinin təsisiçisi Bill Geyts 75 milyard dollar varidatla dünyanın ən zəngin adamlarının siyahısında yenə də birinci yerdədir.
Zara geyim mağazaları şəbəkəsinin təsisçisi Anasio Orteqa 67 milyard dollarla ikinci yerdədir.
Amerika investoru Uorren Baffet isə 60,8 milyard varidatla siyahıda üçüncü yerdə göstərilib.
Forbes jurnalının siyahısında dünyanın ən zəngin qadını Fransanın L'Oreal kosmetika şirkətinin təsisçisi Lilian Bettenkortdur. Onun varidatı 36,1 milyard dollardır.
Siyahıda ən gənc zəngin adamı Norveç investoru Aleksandra Andresendir. 19 yaşında varidatı 1,2 milyard dollar olan Andresen siyaıhda 1810-cu yerdən 1476-cı yerə keçib.
Birləşmiş Ştatlar ən çox zəngin adamın yaşadığı ölkə olaraq qalır. ABŞ-da milyarderlərin sayı 540-dır. İkinci yerdə 251 milyarderlə Çin gəlir. Çində zəngin adamlarının sayı keçən illə müqayisədə 70 nəfər daha çoxdur.
Daşınmaz əmlak maqnatı, ABŞ prezident seçkilərində Respublikaçılar partiyasından namizəd Donald Tramp dünyanın ən zəngin adamları siyahısında 324-cü yeri tutur. Forbes Trampın varidatını 4,5 milyard dollar kimi qiymətləndirir.
Forbes jurnalı artıq 30 ildir dünyanın ən zəngin adamlarının siyahısını tərtib edir. Jurnalın bildirdiyinə görə, keçən ilki siyahıda olan 221 adam maliyyə itirdiyinə görə bu il siyahıdan çıxarılıb, lakin 198 yeni adam siyahıya daxil edilib.
Dünyanın ən zəngin adamlarının çoxu siyahıda artıq ikinci ildir göstərilir. Forbes bildirir ki, son 12 ayda onlardan 892 nəfər maliyyə itkisinə məruz qalıb, 501 nəfər isə daha da zəngin olub.
Forbes jurnalının dünyanın ən zəngin adamlarının siyahısında Rusiyanın ən nüfuzlu iş adamları olan üç azərbaycanlı da var. Bunlardan biri Rusiyanın ən böyük neft şirkətlərindən birinin prezidenti Vahid Ələkbərovdur.
Siyahıda 124-cü yerdə götərilən Ələkbərovun varidatı 10 milyard dollar kimi dəyərləndirilir.

Siyahıda 1476-cı yerdə iş adamı Araz Ağalarov göstərilib. Rusiyanın ən zəngin adamları arasında olan Ağalarovun varidatı 1,24 milyard kimi göstərilib. Forbes jurnalında Araz Ağalarov haqda verilmiş qısa məlumatda onun Rusiyada Azərbaycan diasporunun qeyri-rəsmi təmsilçisi olduğu qeyd edilib.
Forbes jurnalının siyahısında yer alan Azərbaycanda anadan olmuş daha bir biznesmen Qod Nisanovdur.Rusiyanın ən zəngin iş adamlarından biri olan Nisanov 3,2 milyard dollarlıq varidatını Moskvada daşınmaz əmlak biznesi sayəsində əldə edib.

-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.