ANA SAYFA / Foto reportaj / DÜHA - Foto-illüstrasiya üslubunda portretlər sərgisi (Foto)

DÜHA - Foto-illüstrasiya üslubunda portretlər sərgisi (Foto)

DÜHA - Foto-illüstrasiya üslubunda portretlər sərgisi %28Foto%29

İslamazeri.az-ın reportyoru Tural Huseyn sərgidən fotoreportajı təqdim edir:

Sərginin DÜHA adlandırılması tariximizdə mühüm rol oynamış dahi şəxslərin portretlərinin yer alması ilə bağlıdır. Sərgidə portretlərlə yanaşı, obrazlar da nümayiş etdiriləcək.

Portretlər və obrazlar arasında Hüseyn Cavid, Mikayıl Müşfiq, Fətəli Xan Xoyski, Vaqif Mustafazadə, Üzeyir Hacıbəyov, Abbasqulu ağa Bakıxanov, Xurşidbanu Natavan, Lev Tolstoy, Frank Sinatra və s. kimi dünya tarixində böyük rol oynamış şəxslər yer alacaq.

Qrafik dizayner və illüstrator Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və Dizayn" fakültəsini bitirib. 2004-cü ildən dizayn sahəsində çalışmağa başlayıb. Portretlər silsiləsinin yaranma tarixi isə üç il əvvələ söykənir. Fotorealistik üslubda hazırlanan portretlər həmin şəxsləri yenidən canlandırmağa, tədricən unudulmuş keçmişi yenidən oyatmağa yönəldilib.

"ArtsCounsil Azerbaijan" tərəfindən keçiriləcək sərgi iki gün müddətində davam edəcək. Sərginin kuratoru Fəridə Qarayevadır.

 

Kateqoriya:Foto / Foto reportaj 5788 dəfə oxunub.
  • Facebook Paylaş
  • Twitter Paylaş
  • Google Plus Paylaş
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.