ANA SAYFA / Foto reportaj / MMDİB-nin Qüds konfransı və qaliblərin mükafatlandırılması

MMDİB-nin Qüds konfransı və qaliblərin mükafatlandırılması

MMDİB-nin Qüds konfransı və qaliblərin mükafatlandırılması

İslamazeri.az xəbər verir ki, bu gün 'Milli-Mənəvi Dəyərlər' İctimai Birliyinin təşkilatçılığı ilə Qüds günü ilə əlaqədar konfrans keçirilib - See more at: http://islamazeri.az/mmdib-quds-konfransi-kecirdi-musabiqenin-qalibleri-mukafatlandirildi-foto

Konfransın aparıcılığını "Azad Qarabağ Uğrunda İslami Müqavimət" hərəkatının rəhbəri Rövşən Əhmədli edib. Konfransda iştirak edən ilahiyyatçılar Hacı Zülfüqar Mikayılzadə, Seyid Şəhadət Heydərov, Hacı Tale Abasov, Hacı Surac və jurnalist Əbəlfəz Bünyadov Qüds günü və zülmlə mübarizə aparılmasının metodları mövzusunda çıxış ediblər. Çıxışların təfərruatı ilə təqdim edəcəyimiz videoda tanış ola bilərsiniz.   Tədbirin ikinci hissəsi öncədən başladılmış müsabiqə ilə bağlı olub. Tədbirdə məqalə müsabiqəsinin qalibləri elan olunub. Münsiflər heyətində Hacı Rövşən Əhmədli, Hacı Zülfüqar Mikayılzadə, Seyid Şəhadət Heydərov, Hacı Tale Abasov, Əbəlfəz Bünyadov və Ramin Bayramovun adları var. Müsabiqənin şərtlərinə uyğun olan 16 yazının dəyərləndirilməsi 5 ballıq sistemlə olub. Sistemə əsasən müsabiqənin qalibi yazar Kamal Yaşar olub. Yarışmada iştirak edən Rövşən Məmmədlinin məqaləsi isə ikinci yerdə qərarlaşıb. Üçüncü qalib Anar Fəttayev, dördüncü yerin qalibi isə Vüsal Nadiroğludur. 1-ci yerin sahibi 200 AZN, 2-ci yer 150 AZN, 3-cü yer 100, 4-cü yer isə 50 AZN mükafatlandırılıblar. Bundan başqa müsabiqədə iştirak edənlərdə iftar kuponu hədiyyə edilib.

Kateqoriya:Foto / Foto reportaj 5812 dəfə oxunub.
  • Facebook Paylaş
  • Twitter Paylaş
  • Google Plus Paylaş
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.