haberL haberR

Fox News ABŞ-ın İŞİD-lə mübarizə aparmamasını Obamanın paltarı ilə əlaqələndirdi - Foto

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.07.2016 17:02:00

Barak Obamanın illər öncə çəkdirdiyi bu foto müzakirələrə səbəb oldu

İslamazeri.az-ın “islamnews” saytına istinadən verdiyi xəbərə əsasən, Barak Obamanın müsəlman paltarında yayılmış şəkilləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Gənc Obama ənənəvi ərəb paltarında fotoya düşüb.

Şəkilləri şərh edən Fox Newsun  jurnalisti O-Reylli qeyd edib ki, şəkillər Obamanın ögəy qardaşının Merilənddə baş tutmuş toyunda çəkilib.

O-Reyli Obamanın islamla dərin və emosional əlaqəsinə görə, ABŞ tərəfindən İŞİD-ə qarşı qəti mübarizənin aparılmadığını və Yaxın Şərqdə terror aktları törədilməsinə imkan verildiyini iddia edib.

Qeyd edək ki, jurnalistin açıqlaması əslində ABŞ-ın Yaxın Şərq siyasəti, xüsusilə terrorçulara qarşı qəti mübarizə aparmamasını, bəzən terrorçulara "səhv"ən yardım edilməsini, "Obamanın islamla əlaqəsi"ndə görməsi özü, ABŞ-ın siyasətindəki nöqsanlarının pərdələmək məqsədi daşıyır.

Fox News ABŞ-ın İŞİD-lə mübarizə aparmamasını Obamanın paltarı ilə əlaqələndirdi - Foto

/haberimaj/habergaleri/7N4Z6I7L6W3Z.JPG
  1. Fox News ABŞ-ın İŞİD-lə mübarizə aparmamasını Obamanın paltarı ilə əlaqələndirdi - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.