haberL haberR

FoxNews: General Qasim Süleymani Moskvaya gəlib

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.04.2016 09:41:03

ABŞ mediasında İranın tanınmış generalı, Qasim Süleymaninin Rusiya paytaxtına gəldiyi xəbəri yayılıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, xəbəri ABŞ-ın "FoxNews" telekanalı yayıb. 

Məlumata görə, İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri, general Qasim Süleymani S-300 raket komplekslərinin İrana çatdırılmasının növbəti mərhələlərilə bağlı danışıq üçün Moskvaya gəlib. Telekanalın bildirdiyinə görə, iranlı general Rusiya prezidenti Vladimir Putinlə də, görüşəcək. Lakin Putinin sözcüsü Dmitriy Peskov görüşlə bağlı xəbəri təsdiq etməyib.

Qeyd edək ki, dünya mediasında  İranlı general ABŞ və digər ölkələrin "qara siyası"sında yer alan və Yaxın Şərqdəki proseslərdə ən təsirli rola malik şəxs kimi təqdim olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.