haberL haberR

Fransa Ankara və İstanbuldakı diplomatik missiyalarını təhlükəsizlik tədbirləri çərçivəsində bağlayıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.07.2016 16:56:32

Bu barədə Fransa səfirliyinin bu günkü yazılı bəyanatında deyilir.

İslamazeri.az-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə əsasən, Fransanın Ankarada olan səfirliyi və bu ölkənin İstanbulda yerləşən baş konsulluğu təhüləsizlik tədbirlərinə görə növbəti sərəncama qədər bağlanılıb. Bu barədə Fransa səfirliyinin bu günkü yazılı bəyanatında deyilir.

“Bizim Ankaradakı səfirliyimiz və İstanbuldakı baş konsulluğumuz iyul ayının 13, saat 13:00-dan etibarən təhlükəsizlik tədbirləri səbəbi ilə növbəti sərəncama qədər bağlanılıb. Türkiyə hakimiyyəti bu qərar haqda xəbərdar edilib, hansılarla ki, biz daima əlaqədəyik”, – deyə fransız diplomatik missiyasının bəyanatında deyilir.

Həmçinin iyul ayının 14-ü Fransa milli bayramı münasibəti ilə Ankaradakı fransız səfirliyi və İstanbuldakı baş konsulluqda keçiriləcək olan tədbirlər də ləğv edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.