haberL haberR

Fransa və İngiltərə Hələbdəki terrorçuların aqibətindən narahat olublar

Kateqoriya: Dünya Yayımlama tarixi: 28.07.2016 18:19:06

Hələbdə terrorçuların məhv olacağından narahat oan İngiltərə və Fransa hökümətləri bəyanat yayıblar

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Fransa və Böyük Britaniya xarici işlər nazirləri Jan-Mark Eyro və Boris Consonun bəyanatında deyilir ki, Fransa və Britaniya hakimiyyətləri Hələbin mühasirəsinin və Suriya üzrə Münhen razılıqlarına zidd gedən digər əməliyyatların dayandırılmasına səsləyirlər.

 “Jan-Mark Eyro və Boris Conson ən qəti şəkildə rejim qüvvələri və onların tərəfdarları tərəfindən Hələbin mühasirəsini pisləyirlər. 300 min nəfər əhalisi olan bu şəhərin mühasirəsi sülh danışıqlarının yenilənməsini mümkünsüz edir. Nazirlər rəsmi şəkildə rejim müttəfiqlərini təcili surətdə Münhendə sülh və beynəlxalq hüquq barədə  bağlanmış razılıqları pozan əməliyyatları dayandırmağa səsləyirlər. Onlar təcili şəkildə tam surətdə hərbi əməliyyatların dayandırılmasına dair razılığın fəaliyyətini bərpa etməyə çağırırlar.”, – deyə rəsmi məlumatda deyilir.
  XİN başçıları yenidən Suriya müxalifətinin “Danışıqlar üzrə Ali komitəsini” və BMT-in xüsusi-elçisi Staffan de Misturanı dəstəklədiklərini bildiriblər.
 Eyro və Conson həmçinin avqust ayının 1-nə qədər siyasi keçidə dair razılığa çatmağın zəruriliyini xatırladıblar və ABŞ-ın bu məsələ üzrə Rusiya ilə danışıqlarının davam etdirilməsi üzrə göstərdiyi səyləri salamlayıblar.
 “Nazirlər qeyd ediblər ki, yalnız Rusiya Suriya prezidenti Bəşər Əsədi müharibəni dayandıraraq və danışıqlar masası arxasına geri dönməyə razı sala bilərlər.”,  – rəsmi məlumatda deyilir.
 Diplomatlar həmiçinin İŞİD terror qruplaşmaları ilə mübarizə üzrə cəhdlərin artırılmasının vacibliyini qeyd ediblər. Onlar qeyd ediblər ki, Suriyada dinc insanlar öldüyü müddətcə, orada sülh əldə etmək mümkün deyil.
Qeyd edək ki, Avropa ölkələrində sadəcə "Allahu Əkbər" səsləndirənləri terrorda şübhəli bilib həbs etdikləri halda, Suriyada ağır silahlarla hücum edərək qanlı terror aktları törədən qrupların müdafiəsi üçün, Bəşər Əsəd və müttəfiqlərinə "atəşkəs çağırışı" səmimi görünmür.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.