haberL haberR

Fransada qarşıdurma 11-ci gününü tamamladı

Kateqoriya: Dünya Yayımlama tarixi: 12.04.2016 12:00:01

Fransada etirazçılarla polislər arasında olan qarşıdurma 11-ci gününü başa vurub.

İslamazeri.az-ın Fransa mətbuatına istinadən verdiyi xəbərə görə, xalqın Fransa hökumətinin işlə bağlı olan qərarına etiraz 11 gündür ki, davam edir və etirazçılar 12-ci günə hazırlaşırlar. Polis, etirazların səngiməsi üçün bu gün səhərdən etirazçılara məxsus çadırları yığmağa başlayıb.

Bütün bunlara baxmayaraq etirazçılar, qanunun islah olunacağı günə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Yeni qanuna əsasən, işləyən vətəndaşlar işsizlərin işlə təmin olunması üçün öz maaşlarının bir miqdarına göz yummalıdırlar.

Digər tərəfdən ölkədə keçirilən sorğu nəticəsində vətəndaşların 80%-i ölkə başmısı Fransua Ollandın yenidən prezident seçilməsinə narazıdırlar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.