haberL haberR

Fransadan ötən ilin sonundan bəri azı 20 məscid və ibadət evi bağladılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.08.2016 11:40:29

"Fransada ibadət evlərində və ya məscidlərdə nifrətə səsləyən və ona sövq edənlərə, həmçinin də Fransanın bir sıra prinsiplərinə əməl etməyənlərə də yer yoxdur."

İslamazeri.az-ın "Europe 1"-ə istinadən verdiyi xəbərə əsasən, bazar ertəsi günü Fransa daxili işlər naziri Bernar Kaznev bidlririb ki, Fransa hakimiyyəti 2015-ci ilin dekabrından bəri, ehtimala görə, radikal və ekstremistlər toplaşdığı təxminən 20 məscid və ibadət evini bağlayıblar:

“Fransada ibadət evlərində və ya məscidlərdə nifrətə səsləyən və ona sövq edənlərə, həmçinin də Fransanın bir sıra prinsiplərinə əməl etməyənlərə də yer yoxdur. Xüsusilə mən qadın və kişi arasında olan bərabərhüquqluluğu nəzərdə tuturam.”, – deyə  nazir bildirib.
Kaznev bildirib ki, məhz bu səbəbə görə bir neçə ay öncə o, ya fövqəladə hal rejimi çərçivəsində, ya ictimai haqların mobilizasiyası vasitəsi ilə, ya da ki, inzibati tədbirlər ilə məscidlərin bağladılması qərarını qəbul edib:
“Deportasiya haqqında onlarla qərar gözdən keçirilməkdədir. Mən qətiyyətlə bu siyasəti yürütməyə davam edəcəm.”, – deyə nazir qeyd edib. O, əlavə edib ki, 2012-ci ildə ölkədən qovulma haqqında 80 qərar qəbul edilib.
Qeyd edilir ki, Fransada 2,5 min məscid və ibadət evi var. Hesab edilir ki, onlardan 120-də fundamentalist ideologiya təbliğ olunur.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.