haberL haberR

Fransanın Kann şəhərində çimərliklərdə hicab geyinmək qadağan edildi (Təfərrüat)

Kateqoriya: Dünya Yayımlama tarixi: 13.08.2016 16:12:05

31 avqusta qədər etibarlı olacaq qadağaya əməl etməyənlər 38 avro cərimə ediləcək.

İslamazeri.az-ın "euronews"-a istinadən verdiyi xəbərə görə, Fransanın cənubunda yerləşən turist şəhəri olan Kannda bələdiyyə çimərliklərdə, hicab mayosu* geyilməsini qadağan edib.
Qərar insan haqları təşkilatları və müsəlmanlar tərəfindən ayrı-seçkilik kimi qiymətləndirilib.
Kann şəhərinin bələdiyyə başçısı Devid Lisnard isə, "Bələdiyyənin qərarı yox, məhz bu cür geyimləri geyinmək təxribatdır. Çünki bu paltarlar uniforma kimidir. Yaxşı niyyətlə geyinən insanlar var, amma bizim onlara vəziyyəti izah etməyimiz lazımdır. Bu arada çox az sayda təxribatçı insan var", - şəklində danışıb.
Bələdiyyə qərarın xalqa açıq sahələrdə nizamsızlığı aradan qaldırmaq və mümkün terror hücumlarına qarşı tədbir məqsədli olduğunu bildirir.
Vətəndaşlar isə bu vəziyyətə məna verə bilmir.
Sahildə olan hicablı bir qadın bələdiyyənin qərarını "rüsvayçılıq" kimi səciyyələndirdi:
"Rəzalətdir, çünki mən açıq insanları görürəm və mən niyə paltarımla gələ bilmirəm. Nə istəsək onu edirik. Məktəbdə dünyəviliyi anlayıram, amma çimərlikdə anlamıram. Rəzalətdir"
Qadağanın Nitsedəki yük maşını təcavüzü və Sent-Etiyendəki kilsə təcavüzündən sonra gəlməsi diqqət çəkib.
Bəziləri isə qadın haqlarına işarə edir. Parisdən gələn Delfina Hannouna adlı qadın turist, "Məncə, hicab mayosu geyinmək qanunsuz deyil. Hər kəsin çimərliyə getməyə haqqı var, çünki bura xalqa açıq bir sahədir. Amma eyni zamanda qadın hüquqları prizmasından baxanda, qadınlara söykədilən bu cür geyimləri qəbul etsək, bu geridəqalmışlıqdır", - deyib.
Fransa qanunlarına görə, qadınların xalqa açıq sahələrdə üzlərini tamamilə örtməsi şəklində geyinməsi qadağandır.

*mayo - bikiniyə nisbətən daha qapalı olan qadın çimərlik paltarı. Hicablı mayo isə tamamilə qapalı olur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.