haberL haberR

Fransanın sabiq baş naziri “Hizbullah”-a dəstək olmağın zəruriliyindən söz açıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 10:46:40

"Mən "Azad Suriya Ordusu"-nun İŞİD-lə mübarizəsinin şahidi olmamışam."

İslamazeri.az-ın “Əl Məyadin”-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD-in əsas hədəflərindən birinin avropalıları öldürmək olduğunu dilə gətirən Fransua Fiyon (François Fillon) bildirib: “Bu terror qrupunun həqiqi müxaliflərini dəstəkləmək zəruridir. Suriya, “Hizbullah” və kürd döyüşçüləri dəstəkləmək lazımdır. Əks halda Suriya terrorçuların əlinə keçəcəkdir. Bu 3 qrup İŞİD-lə savaşan yeganə qüvvələrdir. Mən "Azad Suriya Ordusu"-nun İŞİD-lə mübarizəsinin şahidi olmamışam. Onlar adətən Suriya dövləti ilə savaşırlar.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.