haberL haberR

Fransanın XİN rəhbəri Hizbullah rəsmilərilə görüşdü

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 13.07.2016 20:12:17

Fransanın xarici işlər naziri Livana səfəri çərçivəsində, ölkənin “Hizbullah” təşkilat üzvləri ilə də görüş keçirib.

İslamazeri.az-ın “Əl Əhd”-ə istinadən verdiyi xəbərə əsasən, Livana səfər edən Jan Mark Ayrault  (Jean-Marc Ayrault)  “Müqavimətə vəfa” fraksiyasının üzvü Əli Fəyyaz və “Hizbullah”-ın beynəlxalq işlər üzrə məsulu Əmmar Musəvi ilə görüşüb.

Görüşdə danışılan ən mühüm mövzuların ölkədə keçiriləcək prezident seçkiləri və suriyalı miqrantlar olduğu bildirilir. “Hizbullah” rəsmiləri prezident seçkilərində Mişel Aunu dəstəkləyəcəklərini bir daha qeyd ediblər. Bu görüşə münasibət bildirən İsrail rejim XİN-i, görüşdən narahat olduğunu gizlədə bilməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.