haberL haberR

FTX: Nemtsovun qətlində iştirak edən iki şübhəli həbs edilib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.03.2015 14:04:25

Nemtsovun qətlində şübhəli bilinən iki nəfər Rusiya hüquq mühafizə orqanları tərəfindən həbs edilib

İslamazeria.az-ın “İtar-tass”-a istinadən verdiyi xəbərə görə, rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər həbs edilib. Bu məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov yayımlayıb.

Aleksandr Bortnikov: "Aparılan əməliyyat-axtarış zamanı Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər Qubaşev Anzor və Dadaev Zaur həbs ediliblər. Həbs edilən hər iki şübhəli qafqazlıdır".

Qeyd edək ki, Boris Nemtsov bu ilin fevral ayının 27-si güllələnərək qətlə yetirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.