haberL haberR

Fuad Qəhrəmanlı: "Bu, ağır iqtisadi böhranın başlanğıcıdır"

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 21.02.2015 14:14:19 3843 dəfə oxunub.

“Manatın kursunun kəskin şəkildə düşməsi ölkədə kəskin inflyasiyanın başlaması deməkdir”

Bu gün Azərbaycan manatı 34 faiz ucuzlaşıb. Azərbaycanda məhsulların xaricdən gətirilməsi bazarda qiymət artımı ilə müşahidə olunacaq. Məsələyə daha da aydınlıq gətirmək üçün islamazeri.az AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının fikirlərini öyrənib.

Fuad bəy manatın kursunun aşağı düşməsinin yaradacağı problemlərdən, iqtisadi böhrandan danışıb: "Bu, manatın alıcılıq qabiliyyətinin kəskin şəkildə azalması deməkdir. Eyni zamanda ölkəyə xaricdən gətirilən məhsulların qiymətinin paralel olaraq qalxması deməkdir. Belə bir şəraitdə əhalinin sosial baxımdan zəif təmin olunmuş hissəsi ilə yanaşı orta təbəqənində maddi durumunun kəskin şəkildə pisləşəcəyini gözləmək olar. Çünki Azərbaycanın bu gün məhz tədiyyə balansı kəskin şəkildə pozulub. Ölkəyə idxal olunan məhsulların qiyməti ixracatdan bir neçə dəfə çoxdur. Belə olan təqdirdə kəskin iqtisadi böhran insanların həyat şəraitinə təbii ki mənfi təsir göstərəcək. Bunun da səbəbi hakimiyyət neftin satışından əldə olunan gəlirləri özünün iqtisadi uğuru kimi təqdim etməsidir. Halbuki, nə hasil olan neftin yataqlardan çıxarılması, nədə ki bazar qiyməti Azərbaycan hakimiyyətinə heç bir dəxlisi yox idi.  Yəni beynəlxalq konsorsiyum Azərbaycan neftini çıxarırdı və elə həmin konsorsiyumun xətti ilə də satılırdı. Gəlirdən əldə olunan pulların da bir qismi Azərbaycana çatırdı. Yəni bu Azərbaycan hökumətinin siyasətiylə heç bir bağlılığı, Azərbaycan hökumətinin iqtisadi məharətindən asılı olan məsələ deyildi. İndi həmın bazarda həm Azərbaycan neftinin istehsalı aşağı düşüb, həm də bazarda neftin qiyməti aşağı düşüb. Və belə olan təqdirdə neftdən tamamilə asılı olan iqtisadiyyatın çökməsi prosesi baş verir. İqtisadiyyatın şaxələnməməsi, qeyri-neft sektorunun inkişaf etməməsi üzündən artıq manatın məzənnəsinin saxlamaq imkanları məhduddur.

Yəni nə buna Azərbaycan dövlətinin maliyyə resursları yetər, nə də digər iqtisadi imkanlar yoxdur. Bütün bunlar ölkə iqtisadiyyatının nefdən asılılığın doğurduğu fəsadlardır. Hakimiyyət bunu belə təqdim etməyə çalışır ki, ixrac yönümlü iqtisadiyyatı dəstəkləmək üçün manatın kursu aşağı salınır. Tamamilə absurd cəfəng fikirdir. Çünki azərbaycanda ixrac yönümlü iqtisadiyyat yoxdur ki, Azərbaycan iqtisadiyyatının ixrac etdiyi məhsulun 95 faizi neft və neft məhsullarıdır. Belə olan təqdirdə onsuzda neft ixrac olunur. Hər hansı neftdən kənar istehsal sahəsi yoxdur ki, nələrinsə ixracını stimullaşdıraq. Bundan sonra bu sahənin yaradılması uzun illər aparacaq məsələdir. Ona görə də bu cür yanaşma ona xidmət edir ki, hakimiyyət öz iqtisadiyyatıyla bağlı yarıtmaz siyasətini cəmiyyətdən gizlətsin, günahkar olduğunu gizlətsin və bunu iqtisadi-siyasət olduğu təəssüratını yaratsın. Əslində isə baş verənlər Azərbaycan vətandaşlarına maddi rifah halına çox mənfi təsir göstərəcək. Bu ağır iqtisadi böhranın başlanğıcıdır və bunu hamı öz həyat səviyyəsində hiss edəcək".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.