haberL haberR

Fuad Qəhrəmanlının apellyasiya şikayətinə baxılıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 01.02.2016 15:41:53

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı həbs qərarının dəyişdirilməsi ilə bağlı verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə “Report”a F.Qəhrəmanlının vəkili Nemət Ağayev məlumat verib. 

Apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, yanvarın 25-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət üzrə məhkəmə iclası keçirilib. Məhkəmədə vəsatət təmin edilməyib.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1-ci (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.