haberL haberR

Gəncədə 5-mərtəbəli yataqxanada yanğın olub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 25.10.2014 2:59:06

Gəncədə axşam saatlarında Heydər Əliyev Parkı ilə üzbəüz yerləşən 3 saylı Peşə Liseyinin yataqxanası yanıb.

Yanğın 5-mərtəbəli binanın dam örtüyünü tamamilə və üst mərtəbəsini qismən əhatə edib. Üst mərtəbədə yaşayış olmadığı bildirilir.

Yanğının söndürülməsinə FHN-nin 10-dək yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Rəsmilər hələlik açıqlama vermir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.