haberL haberR

G 20 sammitindəki ailə fotoşəkli bir mesajdı?

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 10:33:40

Toplantıda rəhbərlərin harada və kimin yanında dayanlb, kimin kimlə söhbət etməsi böyük diqqət çəkib...

İslamazeri.az-ın "yenimesaj"a istinadən verdiyi xəbərə əsasən, Çinin ev sahibliyində Hangcou (Hangzhou) şəhərində keçirilən G20 Liderlər Toplantısı Çin Dövlət Başçısı Şi Cinpingin qonaq nümayəndə heyətlərinin başçılarını qarşılaması və ailə fotosu çəkdirilməsi ilə başladı. G20 Liderlər Sammiti münasibətilə Hangcouda olan G20 üzvü və dəvətli ölkələrin dövlət və hökumət başçıları ilə bir sıra beynəlxalq təşkilatların nümayəndələri sammitin keçiriləcəyi Konqres Mərkəzinə gəldi. Dövlət Başçısı Şi Cinping Konqres Mərkəzinin qarşısında G20 üzvü ölkələrin bayraqlarının yer aldığı sahədə heyət dövlət və hökumət başçıları ilə beynəlxalq təşkilatların nümayəndələrini qarşılayıb.

Qarşılamadan sonra ev sahibi Çin Dövlət Başçısı Şi Cinping və Türkiyə Prezidenit Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir Putin, Almaniya Baş Naziri Angela Merkel, Yaponiyanın Baş Naziri Şinzo Abe, BMT Baş Katibi Pan Gi Munun da olduğu qonaq heyət başçıları G20 Liderlər Sammiti ailə fotoşəkili üçün hazırlanan platformada özlərinə ayrılan yerlərə keçib.

Üzv ölkələrin bayraqlarının qarşısında çəkilən ailə fotosunda ev sahibi Çin Dövlət Başçısı Şi Cinpingin sol tərəfində sədrliyi bu ölkəyə təhvil verən prezident Ərdoğan yer alıb. Şi Cinpingin sağ tərəfində isə G20 sədrliyini təhvil verəcəyi Almaniya Baş naziri Merkel olub. Ərdoğan sol tərəfində olan Rusiya Prezidenti Vladimir Putinlə ayaq üstü söhbət edib. Konqres Mərkəzi əsas iclas salonunda liderlərin də iştirakı ilə ev sahibi Çin Dövlət Başçısı Şi Cinpingin açılış nitqi və ardınca "Siyasət Koordinasiyanın Gücləndirilməsi və İnkişaf Üçün Yeni Bir Yol" mövzusunda iş iclası keçirilib.

Sammitə Səudiyyə Ərəbistanı adına ölkənin kralı yox, xarici işlər naziri, kralın oğlu Məhəmməd bin Salmanın qatılması da diqqət çəkib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.