haberL haberR

Gəncə əzadarlarına təzyiqlər artır (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 23.10.2015 13:03:08

İnanclılar polislərin hücumuna məruz qalıblar

Bu gün Gəncənin Şah Abbas məscidinin qarşsısına yığışan inanclılar polislərin hücumuna məruz qalıblar. Hücuma səbəb isə gəncəlilərin Tasua yürüşü keçirmək istəyi olub.

Tarixən gəncəlilələrin Tasua ilə bağlı keçirdiyi yürüşü özünün islami dəyərlərə qarşı qərəzli mövqeyi ilə seçilən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vəzifəyə təyin edilməsindən sonra repressiya və zor gücü ilə qarşsısı alınıb. Lakin bütün bunlara baxmayaraq hər il gəncəlilər öz dəyərlərinə sadiq qalaraq yürüşlər təşkil etmək istəyirlər. Görünən budur ki, bu dəfə də inanclılar Elmar Vəliyevin əmrini icra edən polislərin təzyiqinə məruz qalıblar.

Qeyd edək ki, Elmar Vəliyevin artıq indidən məscidlərin ətrafında polis maşınlarını, su şırnaqlı avtomobilləri gətizdirdiyi bildirilir. Eyni halda Gəncə xanı məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılmasına göstəriş verib. Hələ bunlar azmış kimi, Gəncə şəhərinin yerli komandası olan "Kəpəz"in "Xəzər Lənkəran"la oyunu məhz Aşura Gününə salınıb.

Gəncə şəhər Şah Abbas məscidi qarşısından lentə alınan görüntüləri sizlərə təqdim edirik. (islaminsesi.org)

0

/haberimaj/habergaleri/0S7D9N0P9A6D.JPG
  1. 0

  2. 0

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.