Gəncə şəhərində iki avtomobil qəza törədib

Hadisə rayonun Sevinc qəsəbəsi ərazisində qeydə alınıb.
Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, 1955-ci il təvəllüdlü Şəmkir rayon sakini Sərdar Tapdıq oğlu İsmayılovun idarə etdiyi 57- BU – 103 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobillə Gəncə şəhər sakini 1988-ci il təvəllüdlü Rasim Etibar oğlu Mehdiyevin idarə etdiyi 90- KR – 079 dövlət nömrə nişanlı “VAZ 21063” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü Sərdar İsmayılov və digər avtomobildə olan 7 yaşlı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün vəziyyəti ağır olduğu üçün onu travmatologiya şöbəsinə yerləşdiriliblər. Azyaşlıya isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Hadisəyə səbəb VAZ 2106 markalı avtomobilin sürücüsünün işıqforun işarəsinə məhəl qoymaması olub.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırmalar aparılır. (anspress.com)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.