haberL haberR

Gəncədə maskalı şəxslər kafedra müdirinin evinə basqın edib

Kateqoriya: Kriminal Yayımlama tarixi: 06.01.2016 14:06:46

Gəncədə yaşayış evinə maskalı şəxslərin basqın etməsi ilə bağlı yeni fakt ortaya çıxıb

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Gəncə şəhərində yaşayan Qəmbər Abdullayevin evinə nəfəslikdən girmiş 4 maskalı şəxs səsə oyanmış ev sahibinə və onun oğlu Kənana küt alətlə xəsarət yetirərək pul vermələrini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk edib. Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Ziyaməddin Əsgərov, əvvəllər məhkum olunmuş Samir Əsgərov, Azər Həsənov və Ceyhun İsmayılov saxlanılıblar. S.Əsgərovdan 16,15 qram, yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram 246 qram marixuana götürülüb. Basqına məruz qalan Qəmbər Abdullayev Azərbaycan Dövlət Aqrar Universitetində kafedra müdiri vəzifəsində çalışır.  

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.