haberL haberR

General Purdəstan: İŞİD sərhədimizə 40 km yaxınlaşa bilməz

Kateqoriya: Region Yayımlama tarixi: 11.05.2016 10:19:46

İran İslam Respublikasının ordu generalı maraqlı açıqmaları ilə gündəmə düşüb.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, İran Quru Qoşunlalarının komandanı general-mayor  Əhməd Rza Purdəstan İŞİD-in İran sərhədlərinə40 km yaxınlaşacağı təqdirdə hücuma keçəcəklərini bildirib.

 “Biz sərhədlərimizin 40 kilometrliyini qırmızı xətt olaraq təyin etmişik. Əgər təkfirçi qruplar bu xəttdən keçmək istəsələr, bizim meydana (red: sərhəd dövlətə) daxil olub onlarla savaşmağa tam haqqımız var. İki il bundan öncə bu İŞİD qısa zamanda özünü İraqın Diyalə bölgəsinə çatdırdı. Bu bölgə ölkəmizin Kermanşah və İlam şəhərləri ilə həmsərhəddir.  Digər tərəfdən İraqın Səidyyə bölgəsinə yaxınlaşaraq, növbəti addımda sərhəddimizlə 12 kilometr məsafəsi olan Xaneqeyn bölgəsinə daxil olmaq istədilər. Bu təhlükə ilə mübarizə aparmaq üçün 5 əməliyyat qrupumuz hərəkətə keçdi. Onlar qırmızı xəttimizi keçsəydilər mübarizəyə başlayacaqdıq və buna tam hazır idik. Helikopterlərimiz onların başları üzərində idi və tam olaraq məlumatlanmışdıq. Lazımı surətdə güllə yağışına tutulacaqdılar. Bu məsələni gündəmə gətirməsək də, İŞİD fikrindən daşındı. Bu təhlükə ölkənin şərqində Əfqanistan və Pakistan sərhədlərində də mövcuddur. Lakin biz tam olaraq hazır vəziyyətdəyik.”, - deyə general bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.