haberL haberR

General Süleymani Fəllucədə, ərəb generalları Las-Veqasda...

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 31.05.2016 11:23:22

"Mehr" xəbər agentliyinin sabiq baş redaktoru Həsən Hanizadə "Əl Cəzirə" telekanalına müsahibəsi zamanı maraqlı nüanslara toxunub

İslamazeri.az-ın "Səhərtv"yə istinadən verdiyi xəbərə görə, "Mehr" xəbər agentliyinin sabiq baş redaktoru Həsən Hanizadə son zamanlar Əl-Cəzirə telekanalına verdiyi müsahibədə iranlı general Qasım Süleymaninin Fəllucədə gedən döyüşlərdəki iştirakını, bu döyüşlərin tayfalararası savaşın nişanəsi kimi qələmə verməyə çalışan aparıcının sualına maraqlı cavab verib.

O  "Gerçək olan budur ki, general Qasım Süleymani Fəllucədə, savaşın ön cəbhəsində iştirak etdiyi bir vaxtda, ərəb generalları Las Veqas, Paris və Londonda gecə klublarında əylənməklə məşğuldurlar.", -deyə bildirib.

Həsən Hanizadə "Əl-Cəzirə" kanalına verdiyi müsahibədə daha sonra deyib: "İran ümumiyyətlə tayfaçılığa əsaslanan məqsədlərə malik deyil. General Qasım Süleymani Fəllucədə sünnilərin həyatını müdafiə etmək üçün öz canını təhlükəyə atmaqla, İranın tayfaçılığa, məzhəbçiliyə əsaslanan məqsədlər ardınca olması kimi iddiaları puça çıxartmış olub. Fəllucə 2 ildən artıqdır ki, işğal altındadır. Amma, heç bir ərəb ölkəsi və ya generalından Fəllucə sakinlərinə kömək üzrə çağırış eşidilməyib. Təhlükəsizlik məsələsi ilə bağlı Ərəb ölkələrinin İraqda boşluq yaratdıqları bir vaxtda general Qasım Süleymani öz bacarığı və təcrübəsi ilə İraq xalqı və silahlı qüvvələrinin yardımına tələsib və Fəllucənin azad edilməsində onlara kömək etməyə çalışır. Mən general Süleymaninin Fəllucə əhalisi üçün savaşdığını demirəm. General Süleymani əfi ilanın başını əzmək və bu əfi ilanın İran sərhədlərinə doğru yaxınlaşmasına icazə verməmək üçün Fəllucədədir."

 "Əl-Cəzirə" telekanalının aparıcısı bir neçə dəfə Həsən Hanizadənin sözlərini kəsməyə çalışsa da, buna nail ola bilməyib. Sonda, verilişin prodüseri tərəfindən süni şəkildə yaradılan "texniki problemlər" üzündən Həsən Hanizadənin aparıcının son sualını tam cavablandırmasına imkan verilməyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.