haberL haberR

General Süleymani: İran Suriyaya girməsəydi...

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 23.05.2016 16:21:23

İranın İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri general Qasim Süleymani bölgədə olan bəzi məsələlərə toxunub.

İslamazeri.az-ın "Fars"-a istinadən verdiyi xəbərə görə, Suriyada hərəmi müdafiə edən əsgərlərin şücaətinə toxunan general deyib: "Xanım Zeynəbin (s.ə0 ziyarətgahını  müdafiə edənlər islamı qorumaq üçün Suriyaya yollanıblar. Çünki onlar məsələni həqiqi olaraq anlamış və xalis islamı müdafiə etmək yolunda ayıqlıqla addımlayırlar. Onlardan bəziləri Hələb və Xan-tumanda şəhadət məqamına çatıblar."

Amerikanın islam dünyası ilə bağlı bəzi planlarına toxunan Süleymani  "Amerika tayfa ixtilaflarından yararlanaraq birliyi pozur. Bütün bunlara baxmayaraq qələbə bizimlədir. Əgər İslam Respunlikası Suriyaya dəstək olmasaydı bu gün İŞİD bütün dünyaya hökmranlıq edirdi. İraqda ABŞ-ın dəstəyi olmasına baxmayaraq hələ də geri çəkilməyə məcbur qaldılar. Bu gün sünnüsü, şiəsi, kürdü hamısı İranla dostluq etməyə fəxr edirlər.", - deyə qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.