Süleymani: Bu addımlarınız Bəhreyndə silahlı müqavimətə yol açacaq
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 21.06.2016 13:13:51

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, Bəhreyn rejiminin ölkədəki repressiv addımlarına toxunan İranın əfsanəvi sərkərdəsi, İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı general leytenant Qasim Süleymani Ali Xəlifə rejimi xalqın sivil hərəkətlərindən sui-istifadə etməkdə ittiham edib.
"Dəqiqliklə onlar yaxşı bilirlər ki, Ayətullah Şeyx Qasimin hörmətinə ediləcək hər bir hörmətsizlik, Bəhreyndə və bölgədə alovdan bir qığılcım ortaya sıçrayacaq və xalqa silahlı müqavimətdən başqa çıxış yolu qoymayacaqdır. Bu olanlarda məsuliyyət Ali Xəlifə rejimin üzərindədir və olanlar bu rejimə olmaqla yanaşı onların sonunu gətirəcəkdir", - deyə Qasim Süleymani bildirib.
İranlı general daha sonra deyib: "Ali Xəlifə, tərəfdarları tərəfindən Şeyx İsa Qasimə ediləcək bir xəyanət və Bəhreyn xalqına ediləcək ağır basqının davam etməsi, qanlı bir mübarizənin başlanğıcı olduğunu bilməli və bunun məsuliyyəti də Bəhreyn liderlərinin həyasızlıqlarına haqq qazandıran şəxslərin boynundadır."
Süleymani Ali Xəlifə rejiminin Bəhreyn xalqına etdiyi zülm və basqılara işarə edərək "Məzlum və müsəlman Bəhreyn xalqı uzun zamandır Ali Xəlifə rejiminin; zülm. ədalətsizlik, təhqirlər, fiziki zorakılıq, insanlığa zidd və qəbuledilməz addımları ilə üz-üzədirlər.", -deyə bildirib.
"Bəhreyn xalqının etirazları sivil olmasına baxmayaraq, bu səbrli və soylu xalq, Ali Xəlifə rejiminin ağır hücumlarına, irqçi addımlarına və hətta bəzi siyasi və dini liderləri, qadın və uşaqları həbs edərək həbsxanalarda işkəncə etmə, vətəndaşlıqdan çıxarma kimi qəbuledilməz hərəkətlərinə baxmayaraq sivil, hüququ haqlarını geri almaqdan vaz keçmədilər və Ali Xəlifə rejiminin artan basqıları onları yollarından döndərmədi.", - deyə İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandanı əlavə edib.
General leytenant Süleymani sözlərinin davamında deyib ki, Ali-Xəlifə rejiminin həyasızlığı artıq sərhədləri keçib və ən pik dərəcəyə çatıb.
"BMT, ABŞ və qərb ölkələrinin düşünülmüş səssizliyinə görə, Ali Xəlifə rejimi ölkədəki cinayətlərini artırıb. Şeyx Əli Salman və Bəhreynin digər dini və siyasi liderlərinin BMT-nin səssizliyinin gölgəsində qanunsuz olaraq həbs edilməsi, Ali Xəlifə rejimini Bəhreyndəki şiələrin lideri Ayətullah Şeyx İsa Qasimin hörmət və nüfuzuna zərər verəcək qədər həyasızlığa sürüklənmiş, Bəhreyn və bölgə xalqının zehnində narahatçılıq yaranmasına səbəb olmuşdur.", - deyən general Süleymani sözlərini bitirib.
Qeyd edək ki, Süleymaninin bu sərt mesajı, Bəhreynin "Əl Vəsət" qəzetinin şiə lider Şeyx Qasimin etirazlara görə, vətəndaşlıqdan çıxarılması xəbərini yayımladıqdan sonra verdiyi önə çəkilir.
Onu da qeyd edək ki, General Süleymaninin xüsusilə Yaxın Şərqdəki nüfuzunu nəzərə alsaq, bu açıqlama Bəhreyn rejiminə ciddi xəbərdarlıq kimi hesab olunur.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.