haberL haberR
Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərov doğmalarına məktub yollayıblar

Bu barədə girovların yaxınları məlumat verib.

Girovların yaxınlarının verdiyi məlumata görə, budəfəki məktubun məzmunu digərlərindən fərqlənmir. Dilqəm Əsgərov yaxşı olduğunu və hər kəsə salam göndərdiyini yazıb. Dilqəm həyətlərində ağac əkməyi tapşırıb. 

Şahbaz Quliyev isə məktubda anasına salam yollayıb.

“O, sağlamlığının qaydasında olduğunu yazır. Əsasən anası, doğmalarına salam yollayıb. Qızı Elzanı soruşur, ona daim diqqət göstərməyimizi, marağlanmağımızı qeyd edir", - deyə Şahbaz Quliyevin bacısı İradə xanım bildirib. 

Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlı Qarabağ Respublikasında qurulan "məhkəmə"də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib.(anspress)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.