haberL haberR

Gömrük Komitəsinin sədri daha çox hansı malların qaçaq yolla gətirildiyini açıqladı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 26.08.2016 15:33:09

Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur.

Azərbaycana qaçaq yolla əsasən narkotik tərkibli maddələr, tütün məhsulları, spirtli içkilər və mobil telefonların keçirilməsi cəhdləri olur.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Aydın Əliyevdeyib. O qeyd edib ki, Azərbaycanın İranla sərhəd keçid məntəqəsində ən böyük təhlükə narkotik vasitələrin ölkəyə keçirilməsi ilə bağlıdır: “Bu ilin 8 ayı ərzində gömrük orqanlarının əməkdaşları tərəfindən artıq 1 ton 100 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Hər gün az miqdarda da olsa ayrı-ayrı vətəndaşlar tərəfindən narkotik və psixatrop tərkibli maddələrin keçirilməsinə cəhd edilir”.

 

Komitə sədri əlavə edib ki, bütün sərhəd keçid məntəqələrində tütün məhsullarının ölkəyə qaçaq yolla gətirilməsinə cəhd olunur. Onun sözlərinə görə, spirtli içkilərin ölkəyə qanunsuz yolla daxil olması halları daha çox Gürcüstan və Rusiya tərəfində müşahidə olunur: “Eyni zamanda, Gürcüstanla sərhəd keçid məntəqəsində vətəndaşların qanunsuz olaraq ölkəyə mobil telefonlar keçirmək cəhdi böyük problemlər yaradır”.

 

A. Əliyev əlavə edib ki, vətəndaşlar kommersiya və istehsalat məqsədləri üçün ölkəyə gətirilən məhsullara edilən güzəştləri düzgün başa düşmür və kommersiya məqsədləri üçün gətirilən mallara güzəştlər edilməsini istəyirlər: “Nazirlər Kabinetinin 305 saylı qərara etdiyi son dəyişiklər bu məsələyə tam aydınlıq gətirib”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.