haberL haberR

'Google' İngiltərədə 'Gmail' üzərindən pul köçürülməsi funksiyasını işə salıb

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 30.01.2015 20:09:29

Böyük Britaniya ərazisində birbaşa “Gmail” poçt xidmətinin interfeysindən pul göndərmək xidməti işə salınıb

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, məktub yazarkən “Attach Money” düyməsinə sıxmaq və köçürüləcək məbləği qeyd etmək kifayətdir. Əgər alan şəxsin “Google Wallet”i yoxdursa, o, avtomatik yaradılacaq və pul qabına yerləşdirilmiş pulu başqa istifadəçilərə pul köçürmək, “Google Play” internet mağazasında alış-veriş üçün istifadə etmək mümkün olacaq. Bundan başqa, pulu almaq üçün alan şəxsin “Gmail” hesaba malik olması vacib deyil. Bərkitmə istənilən poçt xidmətində işləyir.

Yeni funksiya bir neçə həftə ərzində tədricən Böyük Britaniyanın 18 yaşdan yuxarı bütün istifadəçiləri üçün əlçatan olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.