haberL haberR

Goranboy qətliamını törədən qatilin qardaşı da intihar etdi, atasının da ürəyi partladı, öldü

Kateqoriya: Kriminal Yayımlama tarixi: 03.11.2014 17:39:51

Goranboy qatilinin ailəsindən inanılmaz əməl:Oğlunun intihar etdiyini görən atasının da ürəyi partlayıb

Oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakinin qardaşı intihar edib. 

Qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Hüseynov Müzəffər İsaq oğlu özünə qəsd edib. 

R.Hüseynovun 1941-ci il təvəllüdlü atası İsaq Hüseynov oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb. 

Qeyd edək ki, hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb. 

Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.


Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub. 

R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

İlkin məlumata görə, hadisəyə səbəb qısqançlıq olub.(ans)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.