haberL haberR

Goranboyda 69 yaşlı musiqi müəllimi özünü güllələyib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.12.2014 17:01:16

Goranboy rayonunda intihar hadisəsi baş verib.
Goranboy Rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə bu gün saat 9 radələrində rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb. Uzun illər Dəliməmmədli Uşaq Musiqi məktəbinin direktoru işləmiş, hazırda isə o məktəbdə tar müəllimi kimi çalışan, 1945-ci il təvəllüdlü Məmişov Yolçu Məmiş oğlu ov tüfəngi ilə sinif otağında özünə atəş açaraq öldürüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Məlumatlara görə, mərhumun külli miqdarda borcu olub.

 

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.