haberL haberR

Goranboyda yanğın 50 sot ərazini yandırıb

Kateqoriya: Kriminal Yayımlama tarixi: 07.08.2015 17:38:36

YanğıN Yeni Ağcakənd meşəbəyliyinin 8a saylı dolayında baş verib

Bu gün saat 14 radələrində Goranboy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Yeni Ağcakənd meşəbəyliyinin 8a saylı dolayında naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində  söndürülüb.

Yanğın 50 sot ərazini əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.