haberL haberR

Göyçayda oğul 88 yaşlı anasını xəstəxanalıq etdi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 08.07.2016 11:23:47

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Göyçay rayonunda yaşlı kişi ahıl anasının döyüb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə Göyçayın Bığır kəndində kənd sakini, 1953-cü il təvəllüdlü Vahidov Ağaməmməd Fəzail oğlu ailə münaqişəsi zəminində anası, 1928-ci il təvəllüdlü Vahidova Gilə Balabəy qızına ayaq və yumruqla ağır xəsarətlər yetirib. Döyülən qadın Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicə olunan ahıl qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, anasını döyən Ağaməmməd Vahidov uzun illər Bığır kənd orta məktəbində müəllim işləyib və hazırda təqaüdçüdür. Onun psixoloji problemlərinin olduğu, əlilliyə görə pensiya aldığı və subay olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.