haberL haberR

Göyçayda yüzlərlə insanın toplaşdığı məsciddə iftar süfrəsi təşkil edildi

Kateqoriya: İslam Yayımlama tarixi: 14.07.2015 16:55:27

Göyçay rayonunda kəndlərin birində yerləşən məsciddə iftar süfrəsi təşkil edilib

Göyçay rayonunun Qaraman kəndində tarixi ibadət evlərindən biri kimi qorunub saxlanılan "Hacı Rəhim Əfəndi" məscidində iftar süfrəsi təşkil edilib.

 

İslamazeri.az -ın məlumatına görə, "On bir ayın sultanı" olan Ramazanın sonuncu qədr gecəsinə Qaraman, Mırtı, Ləkçıplaq, Bığır, Hacıalıkənd və digər yaxın kəndlərdən 100-dən çox insan gəlib. İftar süfrəsi ətrafında dindar şəxslərlə yanaşı, qocalar, uşaqlar və imkansız şəxslər toplanaraq xeyirxah insanların sayəsində süfrəyə düzülən təam və şirniyyatlardan dadıblar.

Daha sonra məscidə toplanan kişilər və qadınlar dualar oxuyub, namaz qılıb. Böyüklər hər zaman vacib olan xeyirxah əməllərdən danışmaqla gecənin hikmətini də azyaşlılarla paylaşıblar. Bu ayın fəzilətlərini qeyd edən dindarlar savab işlərin vacibliyini də vurğulayıb. Qeyd edək ki, artıq 4-cü dəfədir ki, xeyirxah insanların sayəsində "Hacı Rəhim Əfəndi" məscidində iftar süfrəsi açılıb.

Qeyd edək ki, rayon mərkəzindəki Təzə məsciddə də 3 –dəfə iftar süfrəsi təşkil olunub.  Təzə məsciddə təxminən 500-ə yaxın dindar, kimsəsiz şəxs, qocalar, veteranlar və məcuri köçkünlər iştirak ediblər.

Məlumat üçün bildirək ki, Qaraman kəndində 1898-1900 cu illərdə din xadimi və maarifçi "Hacı Rəhim Əfəndi" tərəfindən tikilən bu məscid rayonda ölkə əhəmiyyətli tarixi abidə kimi qorunur. 1993-95 ci illərdə yenidən bərpa olunan məsciddə o vaxtdan xeyirxah insanların sayəsində Ramazan ayının iftar süfrələri açılır və qədr gecələri keçirilir.

Xatırladaq ki, daha çox əhli-sünnə məzhəbinin tərəfdaşlarının toplaşdığı  "Hacı Rəhim Əfəndi" məscidində Ramazan ayının 27-ci gecəsi də qədr gecəsi keçirilir.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.