haberL haberR

"Gözəl işlər mənfi, mənfi işlər isə gözəlləşib" - Tehranın cümə xətibi

Kateqoriya: Dünya Yayımlama tarixi: 15.07.2016 16:58:48

Tehranın bu həftəki cümə xətibi Ayətullah Muhəmməd İmami Kaşani olub.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, beytul-maldan qeyri-qanuni olaraq pul əldə etmək mövzusuna toxunan imam cümə deyib: “Rəhbərimiz bu məsələnin yanlışlığına işarə etdi. Bəziləri qəddarcasına bu işə yol veriblər. Bu müsibət və bəladır. Bu məsələnin qarşısı dərhal alınmalıdır. Maaşlar, insanların zəhməti və məsuliyyəti müqabilində verilməlidir. Artıq əldə olunan maaşları geri qaytarılmalıdır.”

İmam cümə sözlərinin davamında, dünyada gedən proseslərə işarə edərək bunları söyləyib: “Elə bir zəmanədə yaşayırıq ki, gözəl işlər mənfi, mənfi işlər isə gözəlləşib. Fələstin xalqına zülm edirlər, müsəlmanları evlərindən didərgin salırlar və mübariz insanları terrorçu adlandırırlar. Öz taleyini müəyyən etmək istəyən Yəmən xalqına da zülm edirlər. Böyüdən kiçiyə qədər hamını öldürən Ali-Səud rejimi, düzgün yolda olduğunu iddia edir. Təkfirçilər və vəhhabilər, Ali-Səudun pulu və dəstəyi ilə Suriya və İraqda müxtəlif cinayətlərə əl atırlar. İranın bu durumda sözü budur: Suriyanın taleyini xalq təyin etməlidir. Lakin ABŞ İranı bu sözlərinə görə, insan haqlarını pozmaqda ittiham edir. Dünyanı zülm və fəsad bürüdüyü bir şəraitdə, cəmiyyət xilaskara olan ehtiyacını anlamalıdır. Təqvalı olmasaq, həqəqiqi gözləyənlərdən deyilik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.