haberL haberR

Gözü görməyən 5 yaşlı Hüseyn bütün Quranı bu cür əzbərləyib (Video)

Kateqoriya: İslam Yayımlama tarixi: 19.08.2016 16:10:30

Onlar Hüseynin Quranı əzbər bilməsini təsdiqləyiblər və qeyd ediblər ki, onun öz biliklərini tam mükəmməl etməsi üçün cəmi bir neçə dərs alması kifayətdir.

İslamazeri.az-ın "islam-today"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanından olan 5 yaşlı Hüseyn Muhəmməd Tahir anadangəlmə görmür. Lakin bu ona bir çox yaşlı insanın uzun illərini alan bir şeyi etməsinə mane olmayıb. Oğlan bütün Quranı əzbərləyib. H.M. Tahir bunu sadəcə Quranı radiodan dinləyərək edib:

"Oğluma televizor almağımın bir mənası olmadığı üçün mən ona radio aldım və radionu bütün sutka boyu müsəlmanların müqəddəs kitabını yayımlayan radiostansiyasına köklədim. Mən heç təsəvvür edə bilməzdim ki, o bütün Quranın mətnini əzbərləyə bilər. Sözün düzü, mən heç onun Quranı əzbərləməklə məşğul olduğundan şübhələnməmişdim belə.", - deyə uşağın atası Muhəmməd Tahir bildirib.

Uşağın ailəsi Ciddədən Mədinəyə köçdükdən sonra, Hüseyn atasından onu Peyğəmbərin (s) məscidinə aparmasını istəyib. Onun bu istəyinə  atası bir şərtlə razı olub - əvvəlcə balaca Hüseyn əl-Bəqərə surəsindən bir neçə ayə əzbərləməli idi. Hüseyn bütün surəni əzbərdən oxuduqdan sonra atası məəttəl qalıb.

Bu hadisədən sonra uşağın atası oğlunu bir neçə müəllim və hafizə göstərib ki, onlar oğlunun biliklərini yoxlasınlar. Onlar Hüseynin Quranı əzbər bilməsini təsdiqləyiblər və qeyd ediblər ki, onun öz biliklərini tam mükəmməl etməsi üçün cəmi bir neçə dərs alması kifayətdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.