Gülənin ekstradisiyası üçün ABŞ-a növbəti sorğu göndərilib
Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, ölkə rəhbərliyi ABŞ-a Fətullah Gülənin ekstradisiyası üçün daha bir sorğu göndəriblər.

İslamazeri.az-ın Sputnik agentliyinə istinadən verdiyi xəbərə görə, Bəkir Bozdağ növbəti dəfə bildirib ki, Vaşinqton Fətullah Güləni təhvil verməkdən imtina etsə ABŞ və Türkiyə münasibətləri mütləq şəkildə pisləşəcək.
Həmçinin nazir qeyd edib ki, Gülən dövlətin icazəsi olmadan ABŞ-dan çıxa bilməz.
Xatırladaq ki, iyul ayının 16-sı gecə saatlarında bir qrup qiyamçı Türkiyədə hərbi çevrilişə cəhd edib. Çevrilişin qarşısı dövlət tərəfindən alınıb. Ən son məlumatlara əsasən, toqquşmaların mərkəzinə çevrilmiş İstanbul və Ankarada qiyamçıları saymamaq şərti ilə 246 Türkiyə vətəndaşı həyatını itirib, 2 mindən çox insan isə yaralanıb. Daha əvvəl Türkiyə hakimiyyəti çevrilişə cəhddə Güləni günahkar bilib və ABŞ-dan onun ekstradisiya edilməsini tələb edib. Gülənin özü isə bildirib ki, onun baş vermişlərə dəxli yoxdur və həmçinin əlavə edib ki, Türkiyəyə ekstradisiya edilməkdən qorxmur.
Bununla yanaşı, Gülən bazar ertəsi günü onun tərəfdarlarından kiminsə qiyamda iştirak etməsini istisna etməyib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.