Güləşçimiz Hacı Əliyev Rio-2016-nın bürünc medalını qazandı
Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə yarışlara start verilib.

Apasport.az saytının məlumatına görə, mübarizəyə 1/8 finaldan start verən Hacı Əliyevin (57 kq) ilk rəqibi cənubi koreyalı Yunsik Yun olub. Həmyerlimiz yekunda 12:2 hesablı qələbəyə sevinib.
Hacı 1/4 finalda Vladimir Xinçeqaşviliyə (Gürcüstan) məğlub olub. London-2012-nin finalçısı olan Xinçeqaşvili həlledici mərhələyə yüksəldiyindən, Hacı "bürünc" üçün təsəlliverici görüşlərə qatılıb.
Güləşçimiz təsəlliverici görüşlərin ikinci raundunda Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə qalib gələn pəhləvanımız bürünc medal uğrunda qarşılaşmada bolqarıstanlı Vladimir Dubovu mübarizədən kənarlaşdırıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.