haberL haberR
İlk baxışdan bu körpə Fələstin, Suriya, Yəmən, İraq və digər ölkələrdə gedən haqsız qırğınlardan əziyyət çəkən, yaxınlarını itirən, uşaq çağında uşaqlıq hisslərini yaşamayan qızcığaza oxşayır

Amma xeyr, bu Bakıda yerləşən sığınacaqlardan birində olan üzü gülməyən, günlərlə sevinməyən Gülər baladı.

 

Hər şey bizim uşaq evində ad günü tədbiri keçirməyimizlə başladı. Tədbir boyu bu bala bəzilərimizin diqqətini öz qəmgin, ürək dağlayan çöhrəsiylə cəlb edib. Nə yemək yedi, nə də digərləri kimi əyləndi. Niyə kefsizsən suallarına da heç bir cavab vermədi. Bundan sonra da fotoları saytlarda, sosial şəbəkələrdə yayıldı. Qısa zaman çərçivəsində çoxlarının müzakirə obyektinə, profil rəsminə, status qəhramanlarına çevrildi. Bəzilərinə pis təsir etdi. Bəziləri bəyənib kəçdi, bəziləri heç əhəmiyyət vermədi və az sayda insan maraqlandı bu qızcığaz barədə.

 

İradım odur ki, biz Peyğəmbər (s), Həzrəti Əli (ə) ümmətiyik. Bizim Peyğəmbərimiz buyurub ki, bir müsəlman kömək istəyə, ona kömək edən olmaya, o, bizdən deyil. Bu qızcığaz da dillə deməsə belə öz baxışları ilə yardım diləyir. Məgər bizim imamımız həzrəti Əli (ə) gecələr kimsəsizləri, ehtiyaclıları ziyarət edib onların çətinliklərini həll etmirdimi? Hətta un vermekle bitmir, xemir yoğurub, çörek bişirmirdimi? Körpə uşaqları sevindirmək üçün belinə alıb gəzdirmirdi? Şəhid olandan sonra şəhərin kimsəsizləri bildi ki, bu qədər yaxşılıqları edən həzrəti Əliymiş. Hələ digər məsumlarımızı demirəm.

 

Allah (c) bu aya xatir, bu mövlud günlərinə xatir, bizləri öz fitrətimizdə olan yaxşı əməllərə qaytarsın. Bizi cahil, qafil, laqeyd, vəzifələrini bilməyənlərdən qərar verməsin İnşallah.

Tərlan Səfərov

Gülməyən güllər (Məqalə)

/haberimaj/habergaleri/7A4M6V6Y5I3M.JPG
  1. Gülməyən güllər (Məqalə)

  2. Gülməyən güllər (Məqalə)

  3. Gülməyən güllər (Məqalə)

  4. Gülməyən güllər (Məqalə)

  5. Gülməyən güllər (Məqalə)

  6. Gülməyən güllər (Məqalə)

  7. Gülməyən güllər (Məqalə)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.