haberL haberR

Günəş, dəniz və İslam – Karib adalarında Ramazan

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 20.06.2016 14:59:02

İslam Karib adalarında ən tez yayılan dinlərdən biridir.

İslamazeri.az-ın "İslam.ru" saytına istinadən verdiyi xəbərə görə, hazırda adaların əhalisinin 25 faizi müsəlmanlardır. Karib adalarında 500-dən çox məscid fəaliyyət göstərir. Müsəlman əhalinin sürətli artımı ilk öncə iqtisadi miqrasiya ilə bağlıdır, və bu halal turizmin inkişaf etməsinə səbəb olur.

Tez-tez “cənnət adaları” adlandırılan Karib adaları dünyanın ən turistik nöqtələrindən biridir. Halal qida və məscidlərin olması adada istirahət etməyi müsəlmanlar üçün daha da rahat edir. Bir çoxları Karib dənizin ortasında uzaq cənnət adalarında Ramazan ayını keçirməyə və Fitr bayramını qarşılamağa üstünlük verir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.