haberL haberR

Günəş enerjisi ilə işləyən təyyarə - Video

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 23.06.2016 13:52:52

Günəş batareyaları ilə işləyən təyyərə “Solar Impulse 2” Atlantik okeanını keçərək İspaniyanın Sevilya şəhərində eniş edib

İslamazeri.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, Günəş batareyaları ilə işləyən təyyərə “Solar Impulse 2” Atlantik okeanını keçərək İspaniyanın Sevilya şəhərində eniş edib.

“Bertran Pikar yalnız Günəş enerjisi ilə işləyən hava gəmisində Atlantik okenanı üzərində ilk uçuşu 70 saata başa vuraraq Sevilyada eniş edib.”?  – deyə bildirilir.

Eksperimental apparat Atlantik okeanı üzərində səyahətə Nyu-York şəhərindən başlayıb. Hava gəmisinin sükanı arxasında isveçrəli pilot Bertran Pikar idi.

İsveçrədə düzəldilmiş Solar Impulse 2 özünün sələfi olan Solar Impulse-in təkmilləşdirilmiş versiyasıdır. Onun qanadlarının kənar nöqtələri arasındakı məsafə 72 metrdir, çəkisi isə təxminən 2,3 tondur. Təyyarədə 4 elektrik-motorunun işə salan 17 min günəş akkumulyator batareyası quraşdırılıb. Onun maksimum sürəti saatda təxminən 140 kilometrdir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.