haberL haberR

“Günəşli” yatağında xəsarət alan neftçilərdən ikisi evə buraxılıb

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 18.12.2015 16:32:51

SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 2 nəfəri evə buraxılıb

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan neftçilərin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçilər-Məlahət Əliyeva və Heydər Abbasov səhhətlərində problem olmadığına görə bu gün evə buraxılıblar: “Hazırda xəstəxanada olan 13 neftçinin müalicəsi davam edir”. 

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.