haberL haberR

​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.12.2015 20:35:06

Özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində üç hasilat quyusunda başlayan yanğın artıq bir quyuda tam söndürülüb.

"Report"un məlumatına görə, özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib. Lakin görülən tədbirlər nəticəsində neft quyusunda yanğın söndürülüb. Bununla da quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.