Günün altında avtobus gözləyən vətəndaşlar - Fotolar

"Koroğlu" metrostansiyasının ətrafındakı avtobus sıxlığı uzun müddətdir ki, həll edilmirdi. Nəhayət, məsələni həll etmək üçün avtobusların dayanacaq yeri dəyişdirildi. Yeni dayanacaq metrostansiyanın yaxınlığındakı parkın ərazisində müəyyən edilib. Dəmir barmaqlılar quraşdırılıb, hərəkət traektoriyası cızılıb. Amma...
Ərazidə "BakuBus" avtobuslarından istifadə edənlər üçün ödəniş terminalına qədər quraşdırılsa da, nədənsə əsas məsələlərdən biri olan dayanacaq daldalanağı tikmək unudulub. Daldalanacağı olmayan dayanacaq... Vətəndaşlarımız günəş şüalarının, yağışın altında, küləyin qabağında dayanıb, avtobus gözləyirlər. Qarşıdan qızmar yay ayları gəldiyini nəzərə alsaq, deməli, sərnişinlərin əziyyətli günləri irəlidədir.

"Pul qazanmaq üçün köşkü hər şeydən qabaq quraşdırıblar"
Musavat.com saytına şikayətlənən Bakı sakinləri ərazidə tez bir zamanda dayanacaq tikilisinin qoyulmasını tələb edirlər: "Günəşin altında adam nə qədər dayana bilər? İndi hava bəzən sərin olur, bəzən küləkli. Bir aydan sonra əsl "cəhənnəm" istisi olacaq. Onda da günün qabağında dayanacağıq? Bunun qışı, yayı, qarı, yağışı var. Pul qazanmaq üçün köşkü hər şeydən qabaq quraşdırıblar. Onu unudan olmayıb. Amma dayanacaq qoymağı unudublar.
Sabunçu, Suraxanı, Əmircan, Buzovna, Mərdəkan kimi böyük əhali sayı olan rayon və qəsəbələrə gedib-gələnlərin hamısı hər gün buradan istifadə edir. Bu da minlərlə insan deməkdir. İsti yay günlərində günəş altında avtobus gözləyən sərnişinlərdən birinin günvurmadan halı pisləşsə, yerə yıxılıb, başından zərbə alsa kim cavab verəcək? O zaman ələ-ayağa düşəcəklər. Günahı kiminsə üstünə atmağa çalışacaqlar. Olmazmı ki, bunu indidən həll etsinlər?"


"Vəzifə borclarını düzgün yerinə yetirsinlər"
Nəzakət Səfərova adlı sərnişinin sözlərinə görə, bir problem həll edilərkən yeni problemlər yaradılır: "Əvvəllər körpünün altında dayanırdıq və avtobus gözləyirdik. Hə, o da düz deyildi. Sıxlıq idi, ağız deyəni qulaq eşitmirdi, sürücülər yarışa çıxırdılar. İndi saydığım digər problemlər həll edilib. Amma dayanacaq yoxdur. Hansısa problemi həll edərkən, yeni problemin yaradılması, işlərin yarım saxlanması ilk dəfə deyil ki, alışmışıq.
Məsuliyyətsizlik edib, daldalanacaqsız dayanacaq yaradan qurumun əməkdaşlarını buraya dəvət edirəm. Gəlsinlər, günorta günün istisindən qızan asfaltın üstündə dayanıb, başlarına gün vura-vura avtobus gözləsinlər. Xoşlarına gələrmi? Gəlməz. Elə bizim də xoşumuza gəlmir. Ona görə də vəzifə borclarını düzgün yerinə yetirsinlər".

-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.