Günün polis müdaxiləsi: “ağız cırma” - (Foto)
Türkiyədə polisin saxlanılan etirazçılara basqısının bu forması hər kəsi təəccübləndirib.

Hadisə dünən Türkiyənin Adana şəhərində baş verib.
Kobanidə İŞİD-ə qarşı döyüşlərdə öldürülmüş kürdlərə yas saxlamaq üçün çadır qurmaq istəyən bir qrup şəxsin bu istəyi polis müdaxiləsi ilə üzləşib.
Bu zaman tərəflər arasında gərginlik yaşanıb. Bir neçə nəfər saxlanılıb.
Polisin sərt müdaxiləsi zamanı 12 nəfər həbs edilib. Etirazçılardan biri polislər tərəfindən saxlanılıb maşına mindirilərkən başqa bir polis qışqıran etirazçının az qala ağzını cırmağa çalışıb.
Polisin bu müdaxiləsi yerli mətbuatla yanaşı dünya mətbuatının da gündəmində yer alıb.
Foto ilə bağlı yazıların ən maraqlı başlıqlarından biri “Vətəndaşa dişinə qədər müdaxilə” şəklində olub.
Virtualaz.org
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.