haberL haberR

Gürcüstan Azərbaycandan Saakaşvilinin həbs edilməsini istədi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 29.04.2015 15:23:54

Mixail Saakaşvilinin həbs edilib Gürcüstrana ekstradisiya edilməsi üçün Gürcüstan Azərbaycana müraciət etdi

İslamazeri.az-ın “Ria”-ya istinadən verdiyi xəbərə görə, Gürcüstanın sabiq prezidentinin həbs edilərək Gücüstana ekstradisiya olunması üçün Gürcüstan rəsmiləri Azərbaycan tərəfinə sorğu göndərib.

Gürcüstanın Baş Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsi və Mətbuat Katibi Natiya Suxiaşvili bəyan edib ki, Baş Prokurorluq Azərbaycan tərəfinə keçmiş prezident Mixail Saakaşvilinin həbs edilərək ekstradisiya olmasını tələb edib. Azərbaycan tərəfindən bu tələbə hələki heç bir cavab gəlməyib.

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenkonun ştatdan kənar məsləhətçisi işləyən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili dünən III Qlobal Forum-da iştirak etmək üçün Bakıya gəlib.

Qeyd edək ki, Mixail Saakaşviliyə qarşı 2014-cü ildə Gürcüstanda qiyabi olaraq ittiham irəli sürülüb. O, dövlət büdcəsindən 5 milyon dolların şəxsi məqsədləri üçün istifadə etməsində və 7 noyabr 2007-ci ildə aksiya iştirakçılarının dağıdılması zamanı səlahiyyətindən kənar addım atdığına görə ittiham edilir. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.