haberL haberR

Gürcüstan əzadarları "Ya Hüseyn" yürüşü təşkil etdi (Foto)

Kateqoriya: İslam Yayımlama tarixi: 23.10.2015 10:48:06

"Ya Huseyn" karvanının 22.10.2015 tarixində Məhərrəm ayının sonuncu gəzintisi oldu

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) təşkilatçılığı ilə həyata keçirilən "Ya Huseyn" karvanı 22.10.2015 tarixində Məhərrəm ayının sonuncu gəzintisini etdi.

Hər dəfə olduğu kimi Əza ayının atributları ilə bəzədilən avtomobillər uca mərsiyyə sədaları altında bu dəfə Marneuli şəhərinə və Qızılhacılı, Candar kəndlərinə səfər etdi.

Yekun "Ya Huseyn" karvanı barədə müsahibimiz ÜGMADİ-nin təsisçisi və idarə şurasının üzvü Ramal Musayev oldu: "Bağışlayan və mehriban olan Allahın adı ilə.
Əvvəla qeyd edim ki İmam Huseyn (ə)-ın aşura hadisəsi 1400 ildir ki dinindən, milliyyətindən aslı olmayaraq məzlum, haqqpərəst, əzilən, köməksiz və.s bir qrupun leyhinə, zülm edən, batil təfəkkürlü bir qrupun isə əleyhinə təsir edib. Odur ki İmam Huseyn(ə) tək müsəlmanların imamı deyil. Birçox dünya şöhrətli, Alman filosofu Marbini kimi, siyasi xadim Mahatma Qandi, Ədəbiyyatçı mütəfəkkir Lev Tolstoy kimi şəxslər İmam Huseyni (ə) bəşəriyyətin imamı adlandırıblar. İmam Huseyn (ə) bütün insanlığın imamıdır. Onun şəhadəti də bütün insanlığın matəmidir. Mən bu matəm münasibəti ilə bütün insanlara başsağlığı diləyirəm.

Dünyanın hər yerində olduğu kimi Gürcüstanda da qədim zamanlardan müxtəlif formalarda bu matəm qeyd olunur. Bu gün keçirdiyimiz "Ya Huseyn" karvanı kompanyası Marneuli şəhərində 13 il bundan əvvəl formalaşıb. İlk dəfə 2001-2002 ci illərdə möminlər avtomobilə səsgücləndirici quraşdıraraq mərsiyyə sədaları altında küçə-küçə gəzərək İmam Huseyn(ə)-ın matəmini təbliğ edib və matəm ayı Məhərrəmin daxil olmasından müsəlmanları xəbərdar ediblər. Allaha çox şükürlər olsun ki bu gün bu ən-ənəni biz çox rahat və təşkilatlanmış formada həyata keçirdə bilirik. Bizə bu işi görməkdə heç bir məhtudiyyət yaradılmır. Əksinə dinindən, milliyyətindən aslı olmayaraq sürücülər hörmətlə qarşılayır və Polis patrul əməkdaşları tərəfindən yollarda köməklik olunur.

Bu il təbliğat və məlumat xarakterli "Ya Huseyn" karvanı 7 dəfə baş tutdu.Bu işdə çoxları həm maddi həm mənəvi bizə dəstək oldu. Kimlərsə öz dəstəyini kiçik saya bilər lakin əmin olsunlar ki bu dəstəyin kiçiyi yoxdur. İmam Huseyn (ə) yolunda hər kim əziyyət çəkdisə böyük iş görmüş sayılır və Allahdan arzum budur ki Allah da öz səxavəti haqqına, hər birinin tək-tək əvəzini versin. Mən isə İdarəmiz ÜGMADİ adından həm əziyyəti olanlara, bizi hörmətlə qarşılayan sakinlərə, yollarda rastlaşdığımız sürücülərə və polis patrul əməkdaşlarına təşəkkürümü bildirirəm".

0

/haberimaj/habergaleri/0K7W9F0H9S7W.JPG
  1. 0

  2. 0

  3. 0

  4. 0

  5. 0

  6. 0

  7. 0

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.