haberL haberR

Gürcüstan Müsəlmanlar İdarəsinin illik hesabat tədbiri keçirildi (Foto)

Kateqoriya: Region Yayımlama tarixi: 18.11.2015 17:04:01

Tbilsidə Bütün Gürcüstan Müsəlmanları idarəsinin illik hesabatı ilə bağlı tədbir keçirildi

İslamazeri.az-ın verdiyi xəbərə görə, tədbirdə ölkənin bütün bölgələrində fəaliyyət göstərən din xadimləri, dövlət rəsmiləri və səfirlik nümayəndələri, müxtəlif dini icmaları təmsil edən ruhanilər və elm və ictimaiyyət xadimləri iştirak edib.
İki hissədən ibarət olan tədbirin ilk rəsmi hissəsi Qurani-Kərimin tilavəti ilə başladıqdan sonra BGMİ-nin illik hesabat təqdim olunub.

Hesabatda il ərzində Gürcüstan ərazisində 38 məscidin təmir olunduğu, 11 məsciddə dəstəmazxana tikildiyi, 6 məscidə hasar çəkildiyi 80-dən çox məscidin qeydiyyatdan keçməsi qeyd olunub.

 Bu müddət ərzində maarifləndirmə sahəsində görülən işlərdən - 33 dini kitab nəşr edildiyindən, iri tirajda jurnal, qəzet və praşurların nəşrindən, İdarənin fəaliyyət göstərən internet televizyasında 130-dan çox dini verlişin hazırlanmasından və təşkil olunan konfrans, elmi görüş və seminarlardan danışılıb.

Eyni zamanda İdarənin xeyriyyə sahəsində  aksiya və proqramları təqdim olunarkən yaradılmış “Sədəqə” fondundan və toplanan ianələrdən fəqir və kimsəsizlərə, əlillərə və zərərçəkən ailələrə edilən yardımlara da işarə olunub.


Tədbirdə çıxış edən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftiləri qonaqları salamladıqdan sonra sağlam və ənənəvi İslam dininin inkişafı yolunda diqqət və dəstəyini əsirgəməyən Gürcüstan dövlətinə, insanları doğruluq və dürüstlüyə səsləyən və dinimizin təbliğ və tədrisi yolunda çalışan din xadimlərinə və yardımını əsirgəməyən müsəlman ictimaiyyətinə təşəkkür edib minnətdarlıqlarını bildirdilər.

Onlar dinimizin təbliği və mənəviyyatlı, vətənpərvər və tolerant Gürcüstan vətəndaşlarının inkişafına zəmin yaradan belə işlərin gələcəkdə də həyata keçiriləcəyindən danışıblar. Sonra ölkənin Dini Məsələlərlə iş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxış edərək Gürcüstanda bütün dinlərin azad və mehriban şəkildə yaşamasını və dövlətin son illərdə göstərdiyi qayğı və dəstəyin davam edəcəyini bildirib.

Sonda qonaqlar süfrə ətrafında bir araya gəlib təəssuratlarını bölüşüblər.

Gürcüstan Müsəlmanlar İdarəsinin illik hesabat tədbiri keçirildi (Foto)

/haberimaj/habergaleri/9V6H8Q9T8E5H.JPG
  1. Gürcüstan Müsəlmanlar İdarəsinin illik hesabat tədbiri keçirildi (Foto)

  2. Gürcüstan Müsəlmanlar İdarəsinin illik hesabat tədbiri keçirildi (Foto)

  3. Gürcüstan Müsəlmanlar İdarəsinin illik hesabat tədbiri keçirildi (Foto)

  4. Gürcüstan Müsəlmanlar İdarəsinin illik hesabat tədbiri keçirildi (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.